"Sabah"dan növbəti heç-heçə
Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" üçüncü yoxlama oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın "Krivbass" klubu ilə qarşılaşıb.
Görüş bərabərliklə yekunlaşıb - 2:2.
Xatırladaq ki, Masazır təmsilçisi bunadək iki yoxlama matçında qüvvəsini sınamışdı.
Yerli "Koper"ə qalib gələn (1:0) komanda Serbiyanın "Çukariçki" kollektivi ilə qolsuz heç-heçə edib.