Rəşad Sadıqov: "Futbolçularımın çıxışından razı qaldım, lakin..."
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif"lə matçdan sonra (1:0) fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, mütəxəssis bir həftə sonra baş tutacaq cavab qarşılaşmasının çətin keçəcəyinideyib:
"İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki kollektivin qol vurmaq şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Lakin gücümüzü bir az da artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir. Bizi bir həftə sonra Bakıda çətin görüş gözləyir".
"Zirə" və "Şerif arasında cavab oyunu iyulun 18-də, saat 20:00-da "Liv Bona Dea Arena" baş tutacaq.