"Qarabağ"lılar Əlcəzairə qarşı
“Qarabağ”ın yarımmüdafiəçiləri Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde milli komandasına dəvət olunublar.
Mediasport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Bubitsa Ağdam klubunun üzvlərinin adlarını (Pedro Leytao Brito) 32 nəfərlik geniş siyahıya daxil edib.
Hər iki futbolçu millilərinin Əlcəzair (12 oktyabr) və Komor adalarına (17 oktyabr) qarşı keçiriləcək yoxlama görüşlərində oynaya bilər.