"Qəbələ" 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağladı

"Qəbələ" 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağladı

Mövsümü Azərbaycan Kubokunu qazanmaqla başa vuran "Qəbələ" İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovdan sonra daha bir futbolçusu ilə müqavilə bağlayıb.

mediasport.az saytına daxil olan məlumata görə, bölgə təmsilçisi klubla müqaviləsi başa çatan Ülvi İsgəndərovla 2 illik yeni anlaşma imzalayıb.

"Qəbələ"nin 25 yaşlı yetirməsi geridə qalan mövsüm 40 oyun keçirib, 7 qol vurub.