"Şamaxı" 3000, "Neftçi" 2400, "Qəbələ" isə 2200 manat ödəməlidir - CƏRİMƏ
AFFA İntizam Komitəsi "Qəbələ", "Neftçi", "Turan Tovuz" və "Şamaxı"nı cəzalandırıb.
mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyununda azarkeşlərin meydançaya yad əşyalar atması səbəbindən 1 600 manat cərimələnib. Əyalət təmsilçisi daha 1600 manat isə müdafiəçisi İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün ziyana düşüb.
"Neftçi" evdə “Turan Tovuz”la qolsuz heç-heçə etdiyi görüşdə azarkeşlərinin analoji davranışına görə 1 600 manat cərimə ödəyəcək. Qonaq komanda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
"Şamaxı” isə səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib.