"Komandamıza güvənirəm" - Rəşad Sadıqov püşkatmanı dəyərləndirdi

"Komandamıza güvənirəm" - Rəşad Sadıqov püşkatmanı dəyərləndirdi

"Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq".

Mediasport.az xəbər verir ki, bu sözləri mətbuat xidmətinə açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis iştirak edəcəkləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.

O, ilk raundda üz-üzə gələcəkləri Moldovanın “Şerif” klubunun tanış rəqib olduğunu qeyd edib:

"Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm".

Xatırladaq ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.