"Qəbələ" ruslarla "sülh" bağladı
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ikinci yoxlama oyununda qüvvəsini sınayıb.
MediaSport.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi "Orenburq"la qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1. Komandamızın heyətində Ülvi İsgəndərov fərqlənib.
Qeyd edək ki, "qırmızı-qaralar" ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib.