"Qəbələ"də 185 gündən sonra...
“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.
mediasport.az xəbər verir ki, Rüfət Əhmədov əməliyyatdan sonra reabilitasiya dövrü keçir.
Proqram üzrə bərpa prosesini başa vuracaq qapıçı Yaovi Akakpo bu həftə məşqlərə start verəcək. Ürfan Abbasov isə bərpa prosesini başa vurduqdan sonra ilk oyununu keçirib.
Təcrübəli müdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Araz Naxçıvan”la görüşünün (5:0) 75-ci dəqiqəsində oyuna daxil olub. 185 gündən sonra rəsmi matçda meydana çıxan Abbasov cari mövsümdə ilk dəfə şans qazanıb. O, bunadək sonuncu dəfə ötən mövsüm Premyer Liqanın 28-ci turunun “Sabah”la ev qarşılaşmasında (1:1) forma geyinib.