"Sabah" 19-cu komanda oldu
"Sabah" futbol klubu Azərbaycan çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır.
mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komanda buna "Qəbələ"ni 3:2 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXVIII tur oyununda nail olub.
“Qarabağ”ın ardınca mükafatçılar sırasında yer alacağı dəqiqləşən paytaxt təmsilçisi ilk medalını təmin edib.
1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı “üçlüy”ə düşüb.
“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıb. “Sabah”a qədər daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.