"Qəbələ"də ciddi itki
"Qəbələ"nin futbolçusu Ahmed Ayzaya 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Mediasport.az xəbər verir ki, o, qış təlim-məşq toplanışı çərçivəsində "Araz-Naxçıvan"la keçirdikləri yoldaşlıq oyununda zədə alıb.
28 yaşlı oyunçu klubun rəsmi saytına durumu ilə bağlı açıqlama verib:
"Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram".
Xatırladaq ki, Qəbələ təmsilçisi mövsümün ikinci yarısında ilk oyununu yanvarın 23-də "Sumqayıt"la keçirəcək.