"Qəbələ"nin avrokubok oyunu üçün satışa 20 min bilet çıxarıldı
“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Omoniya” cavab matçı üçün bilet satışına start verib.
MediaSport.az xəbər verir ki, azarkeşlər Nikosiya şəhərindəki GSP stadionunda baş tutacaq oyunun biletlərini bu gündən əldə edə bilərlər.
Arenanın tamaşaçı tutumu 23 minə yaxındır, təxminən 20 min bilet satışa çıxarılıb. Matç avqustun 3-də Bakı vaxtilə saat saat 21:00-da başlanacaq.
Komandalar arasında dünən Qəbələdə keçirilmiş qarşılaşma Kipr təmsilçisinin 3:2 hesablı qələbəsilə yekunlaşıb.