Qərar verildi: Rusiya və Belarus idmançıları iştirak etməyəcəklər

Qərar verildi: Rusiya və Belarus idmançıları iştirak etməyəcəklər

Açılış mərasimi iyunun 21-də Krakovda keçiriləcək III Avropa Oyunlarında Rusiya və Belarus idmançıları iştirak etməyəcəklər.

mediasport.az xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytı bu ölkələrin və idmançılarının yarışa buraxılmayacaqlarını açıqlayıb.

Hər iki ölkə təmsilçiləri başqa bayraq, status və ad altında da yarışa qatıla bilməyəcəklər.

Polşanın ev sahibi edəcəyi III Avropa Oyunları iyulun 2-də başa çatacaq. İlk yarış 2015-ci ildə Bakıda, 2019-cu ildə Belarusda təşkil olunub.