Millidən "quru" qələbə

Millidən "quru" qələbə

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlığın ikinci mərhələsini Bakıda davam etdirir.

MediaSport.az xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində paytaxtda Belarus yığması ilə ilk yoxlama oyununa çıxıb.

Görüş millimizin 3:0 hesablı qələbəsilə yekunlaşıb. Voleybolçularımız qarşıdakı günlərdə belaruslularla daha 2 dəfə qarşılaşacaqlar.

Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.