Milli komandamız ardıcıl ikinci dəfə AÇ-nin C Divizionunun qalibi olub
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandası ardıcıl ikinci dəfə Avropa çempionatının C Divizionunda qalib olub.
Mediasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə keçirilən turnirin finalında Kipr yığması ilə qarşılaşıb.
Görüş komandamızın 69:52 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) basketbolçumuz Angelina İsmayılova seçilib
Xatırladaq ki, millimiz qrup mərhələsində Ermənistan (86:59), Gürcüstan (97:40) və Kipr (68:45) seçmələrini, yarımfinalda isə Albaniyanı məğlub edib (92:62).