Dünyanın ən yaxşıları sırasında "10-luğ"a düşən qafqazlı balası...

Dünyanın ən yaxşıları sırasında "10-luğ"a düşən qafqazlı balası...

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri dünyanın 10 ən yaxşı qapıçısının siyahısını yeniləyib.

Mediasport.az xəbər verir ki, yeni sıralamaya hazırda Almaniyada davam edən Avropa çempionatında Gürcüstan millisinin heyətində baxımlı oyunu ilə diqqət çəkən Giorgi Mamardaşvili də düşüb.

Reytinqə Braziliya yığmasının qolkiperi Alisson Bekker başçılq edir.

5-qat dünya çempionlarının digər üzvü Ederson Moraeş "3-lüy"ü qapayır.


Dünyanın ən yaxşı 10 qapıçısı


Alisson Bekker (Braziliya, “Liverpul”)

Ederson Moraeş (Braziliya, “Mançester Siti”)

Mark-Andre ter Ştegen (Almaniya, “Barselona”)

Mik Menyan (Fransa, “Milan”)

Manuel Noyer (Almaniya, “Bavariya”)

Canluici Donnarumma (İtaliya, “PSJ”)

Yan Oblak (Sloveniya, “Atletiko”)

Emiliano Martines (Argentina, “Aston Villa”)

Yan Sommer (İsveçrə, “İnter”)

Giorgi Mamardaşvili (Gürcüstan, “Valensiya”)