"Qarabağ", "Zirə", "Neftçi" irəlilədi, "Sabah" geri düşdü - YENİ REYTİNQ
Dünya klublarının yenilənmiş qlobal reytinqi açıqlanıb.
Mediasport.az xəbər verir ki, planetin 1000 ən yaxşı komandasının yer aldığı siyahıda Azərbaycanın 4 klubu yer alıb.
8 pillə irəliləyən 11-qat ölkə çempionu “Qarabağ” hesabındakı 0,671 xalla 172-ci pilləyə yüksəlib.
Təmsilçilərimizdən sıralamada ikinci ən yaxşı göstərici “Zirə”dədir. 20 addım sıçrayış edən Rəşad Sadıqovun komandası 0,121 xalla 364-cü yerdə qərarlaşıb.
Ən böyük irəliləyiş isə “Neftçi”yə məxsusdur. 108 əmsalla 409-cu olan paytaxt klubu 376 pillə irəli çıxıb.
Geriləyən yeganə komandamız “Sabah” 49 pillə arxaya düşüb. "Bayquşlar" 0,043 xalla 723-cü yerə eniblər.
Reytinqə 2,020 xala malik “Mançester Siti” başçılıq edir.