"Səbail" çexlərlə də "sülh" bağladı

"Səbail" çexlərlə də "sülh" bağladı

Antalyada təlim-məşq toplanışını davam etdirən “Səbail” növbəti yoxlama görüşünə çıxıb.

mediasport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv “Bohemians”la qarşılaşıb.

Çexiya klubu ilə görüşdə qol vurulmayıb. Bayıl klubu bundan əvvəl Polşanın “Legiya” kollektivi ilə 2:2 hesablı bərabərə qalmışdı. "Səbail" yanvarın 16-da Serbiyanın “Spartak" (Subotiça) klubu iləgörüşəcək.