"Qarabağ" Çilidən forvard gətirir
Hücumçu axtarışlarını davam etdirən "Qarabağ" Çilinin "Kolo-Kolo" komandasının futbolçusu Xordi Tompsonu heyətinə qatmağa hazırlaşır.
mediasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi 19 yaşlı forvardı icarəyə götürmək istəyir.
Məlumata görə, Qurban Qurbanovun komandası cənubi amerikalılara illik 300 min avro təzminat təklif etsə də, qarşı tərəf azı 500 min istəyib. Çili mətbuatı Azərbaycan çempionunun avqustun sonunadək vaxt istədiyini və daha yaxşı təklif paketi hazırlamağa çalışdıqlarını yazıb.
Çilinin U-20 milli komandasının üzvü "Kolo-Kolo"nun əsas heyətində 7 oyun keçirib, 2 qol vurub. Onunla Avropanın bir neçə klubu maraqlanır.