"Turan Tovuz" özünə yer tapdı

"Turan Tovuz" özünə yer tapdı

“Turan Tovuz”un qış təlim-məşq toplanışını harada keçirəcəyi müəyyənləşib.

mediasport.az xəbər verir ki, digər klublarımız kimi, qərb klubu da Türkiyəyə yollanacaq.

Ayxan Abbasovun komandası gələn il yanvarın 7-də Bakıda bir araya gələrək Antalya şəhərinə yola düşəcək.

Komandanın legionerləri düşərgəyə həmin gün qonşu ölkədə qoşulacaqlar. Tovuz təmsilçisi yanvarın 18-nə qədər təşkil olunacaq toplanışda 3 yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.