Qurbanov "Pro" lisenziyası aldı

Qurbanov "Pro" lisenziyası aldı

AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib.

mediasport.az xəbər verir ki, diplom və sertifikatları qurumun Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim edib.

"Pro" lisenziyasını alanlar "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov və "Keşlə"nin (hazırkı "Şamaxı") keçmiş məşqçisi Zaur İsmayılovdur.