Karyerasını başa vurdu, "Qarabağ"ı da unutmadı: "Hər şeyin sonu var"
"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi futbolçu karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, norveçli forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Heyətində oynadığı bütün klubların formasında şəklini paylaşan 36 yaşlı vinger bu sözləri yazıb:
"Hər şeyin sonu var. Dayanmağın zamanı gəldi. Futbol mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu idman növünün mənə bəxş etdiyi hər şey üçün minnətdaram!"
Elyunussi 2017-ci ilin yayında "köhlən atlar"a keçib və 8 oyunda forma geyinib.
O, Ağdam təmsilçisindən İsveçin AİK klubuna keçmişdi.