Rövşən Nəcəfin musiqi dəqiqələri
SOCAR-ın "Əsrin müqaviləs"nin imzalanmasının 30 illiyi və 20 Sentyabr - Neftçilər Günü münasibətilə keçirilən tədbirində maraqlı anlar yaşanıb.
Mediasport.az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf məclisdə xüsusi performans nümayiş etdirib.
O, neftçilərlə birlikdə məşhur "Bəxtiyar" filminin soundtreki "Dostluq" mahnısını ifa edib.
ARDNŞ rəhbəri kollektiv ifadan sonra çıxış edərək neftçilərə ürək sözlərini çatdırıb:
"Biz əslində 4 yox, 48, hətta 90 min dostuq. Birlikdə, dost və bir-birimizin yanında olduqca qarşımıza qoyulan bütün hədəflərə çatacağıq".