Qurbanov, Berdıyev və Qriqorçuk dünya reytinqində gerilədi
Futbol məşqçilərinin dünya reytinqində dəyişikliklər olub.
Mediasport.az xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı siyahıday eganə azərbaycanlı Qurban Qurbanovdur.
“Qarabağ”ın baş məşqçisi 1668 xalla dünyada 147-cidir.
52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 7 xal itirib və 9 pillə geriləyib.
Qurbanov ölkəmizdə çalışan və “Top-500”ə düşən yeganə baş məşqçi deyil.
“Turan Tovuz”un "sükan"çısı Qurban Berdıyev 1790 xalla dünyada 57-cidir. O, 6 xal və 2 pillə itirib.
Millimizi çalışdıran Fernandu Santuşun mövqeyi dəyişməz qalıb. Portuqaliyalı 1624 xalla siyahıda 183-cüdür.
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk isə 1480 xalla 421-cidir. İki pillə geriləyən ukraynalı bir xal itirib.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.