Rusiya mətbuatı "Qarabağ"ın yeni üzvündən yazdı: "Köhnə komandası ilə hesablaşmaq imkanı var"

Rusiya mətbuatı "Qarabağ"ın yeni üzvündən yazdı: "Köhnə komandası ilə hesablaşmaq imkanı var"

Rusiyada bu mövsüm avrokubokların qrup mərhələsində iştirak edəcək yerli futbolçularla bağlı məqalə dərc edilib.

Mediasport.az xəbər verir ki, siyahıda “Qarabağ”ın qapıçısı Andrey Lunyov da yer alıb.

"Петербургский дневник" portalı Ağdam klubunun qolkiperi haqda maraqlı fikirlər paylaşıb.

Qeyd olunub ki, təcrübəli qolkiper taleyin ironiyası ilə qarşı-qarşıyadır.

SİTAT: "Zenit"də çıxış etmiş Andrey Lunyov "Qarabağ"la müqavilə imzaladığı üçün avropakubokların qrup mərhələsində oynamaq imkanı qazanıb. Onun komandası iki təsnifat mərhələsini keçərək Avropa Liqasının qrupuna düşüb. Taleyin ironiyası: “Qarabağ”ın qrupdakı rəqiblərindən biri məhz Azərbaycan klubuna qədər Lunyovun qapısını qorumağa çalışdığı Almaniyanın “Bayer” klubudur. Leverkuzendə uğurla çıxış etmək Andreydə yaxşı alınmamışdı. Lakin indi onun köhnə komandası ilə hesablaşmaq imkanı var".

Qeyd edək ki, "atlılar"ın "aspirinlərlə" ilk qarşılaşması 3-cü turda oktyabrın 6-da səfərdə olacaq. Komandalar noyabrın 9-da Bakıda növbəti tur çərçivəsində qarşılaşacaqlar.