"Qarabağ"ın oyununun vaxtı dəyişdi

"Qarabağ"ın oyununun vaxtı dəyişdi

“Qarabağ-2” komandasının futbolçusu Şirxan Həsənzadənin vəfatı ilə əlaqədar olaraq I Divizionun “Zirə-2” – “Qarabağ-2” matçının vaxtı dəyişdirilib.

mediasport.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 10 mayda Binə qəsəbə stadionunda yox, 13 mayda saat 20:00-da “ASK Arena”da keçiriləcək.

I Divizionun XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” görüşünün də keçiriləcəyi tarix bəlli olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq qarşılaşma 19 may saat 16:00-da start götürəcək.