Azərbaycan Kuboku: 1/4 final cütlükləri müəyyənləşdi

Azərbaycan Kuboku: 1/4 final cütlükləri müəyyənləşdi

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

mediasport.az xəbər verir ki, 6 oyundan sonra "Qəbələ", "Səbail", "Sabah", "Zirə", "Kəpəz" və "Turan Tovuz" adlarını 1/4 finala yazdırıb. "Qarabağ" və "Neftçi" isə mübarizəyə birbaşa bu mərhələdən qoşulacaq.

1/4 finalın ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də oynanılacaq.


Azərbaycan Kuboku. 1/4 final

"Qarabağ" - "Qəbələ"

"Səbail" - "Sabah"

"Kəpəz" - "Turan Tovuz"

"Zirə" - "Neftçi"


Yarımfinal (19-27 aprel, 2023-cü il)

1-ci cütün qalibi – 2-ci cütün qalibi

3-cü cütün qalibi – 4-cü cütün qalibi


Final (3 iyun, 2023-cü il)