Kiyev "Dinamo"sunun vingeri "Sabah"da çıxış edəcək - VİDEO

Kiyev "Dinamo"sunun vingeri "Sabah"da çıxış edəcək - VİDEO

“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Anlaşmaya əsasən, "bayquşlar" mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malikdirlər.

Parris karyerası ərzində Yamaykanın “Kavalyer” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib.

O, 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinə də dəvət alan vinger yığmada 10 matç keçirib.