"Sabah" "Qəbələ"yə uduzub

"Sabah" "Qəbələ"yə uduzub

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Sabah" və "Qəbələ" klubları yoxlama oyunu keçiriblər.

Mediasport.az xəbər verir ki, komandalar "Bank Respublika Arena"da qarşılaşıblar.

Görüş Qəbələ futbolçularının qələbəsilə yekunlaşıb - 2:0.

Kaxaber Çxadadzenin komandasının qollarını Əyyub Allaş və Bilel Auaşeriya vurublar.