"Sabah"ın bu futbolçusunun ölkədən çıxışına qadağa qoyulub!
"Sabah”ın ispaniyalı legioneri Con İrasabalın Azərbaycandan çıxışına qadağa qoyulub.
Mediasport.az sportinfo.az saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun vergi borcunu ödəməməsidir.
Borcunu ödəməkdən yayınan müdafiəçi ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə şikayət olunub.
Nəticədə İrasabalın Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılıb.
İspaniyalı müdafiəçi 2022-ci ildən Bakı klubunun formasını geyinir.