Yığmamız Xorvatiyaya uduzdu

Yığmamız Xorvatiyaya uduzdu

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

mediasport.az xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub. Bu komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.