“Sabah”ın "Makkabi" ilə Konfrans Liqası oyunu üçün planı dəyişdi
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, komanda iyulun 18-də Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya qayıtmayacaq.
Masazır təmsilçisi “Makkabi” (Hayfa, İsrail) ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.
“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.
Xatırladaq ki, "Sabah"la "Makkabi" arasında ilk matç iyulun 25-i Macarıstanda, cavab oyunu avqustun 1-i Bakıda keçiriləcək.