"Sabah"ın Konfrans Liqası oyununa satılan bilet sayı açıqlandı

"Sabah"ın Konfrans Liqası oyununa satılan bilet sayı açıqlandı

“Sabah” və “Sent-Patriks Atletik” klubları arasında Konfrans Liqasının 3-cü mərhələsinin Masazırda keçiriləcək cavab oyununa (ilk oyun – 0:1) bilet satışı davam edir.

Mediasport.az xəbər verir ki, indiyədək mümkün 8700 biletdən 3500-ü satılıb.

Biletlərin qiymətləri sektordan asılı olaraq 2, 4, 5 və 10 manatdır.

Onları iTicket.az saytından onlayn və yaxın vaxtlarda görüşün keçiriləcəyi “Bank Republika Arena” stadionunun kassalarından əldə etmək mümkün olacaq.

“Sabah”- “Sent-Patriks” görüşü avqustun 15-də baş tutacaq və saat 20:00-da başlayacaq.