"Turan Tovuz"un qapısına 2-ci top qayda pozuntusu ilə vurulub?
Azərbaycan Premyer Liqasında 9-cu tura "Zirə" - "Turan Tovuz" oyunu ilə start verilib.
Mediasport.az xəbər verir ki, turnir cədvəlinin lideri Tovuz klubunu 2:1 hesabı ilə məğlub edib.
Lakin "Zirə"nin qələbə qolundan saniyələr əvvəl ikili mübarizədə "Turan Tovuz"lu oyunçuya qarşı aşkar kobudluq olsa da, hakim dirsəklə zərbəni görməyərək tovuzluların qapısına cərimə zərbəsi təyin edib. Nəticədə Qismət Alıyev hesabı 2:1 edərək komandasına qələbə qazandırıb.
"Turan Tovuz"un narazı qaldığı və birbaşa nəticəyə təsir göstərdiyini iddia etdikləri epizodu təqdim edirik: