"Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm"
"Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm".
Mediasport.az xəbər verir ki, bunu "Neftçi"yə yeni transfer olunan almaniyalı futbolçu Robert Bauer instaqram səhifəsində yazıb.
29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik müqavilə bağlayıb.
O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, mərkəz müdafiəçisi olan "Karlsrue"nin 29 yaşlı yetirməsi son mövsümü Səudiyyə Ərəbistanının "Əl-Tay" klubunda keçirib.
Stopper karyerası ərzində vətənində "İnqolştadt", "Verder", "Nürnberq"dən sonra "Arsenal" (Rusiya) və "Sent-Trüyden" komandalarının da formasını geyinib.
O, əsasən "Verder"də parlayıb, "Bremen musiqiçiləri"nin heyətində əsas Bundesliqada 90-a yaxın görüşdə meydanda olub.
Bauer 2015-2016-cı illərdə Almaniyanın U-20 və Olimpiya yığmalarında oynayıb.