"Makkabi" ilə matçda zədələnən Ayaz Quliyev 6 həftə oynamayacaq

"Makkabi" ilə matçda zədələnən Ayaz Quliyev 6 həftə oynamayacaq

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.