Gimnastlarımız Dünya Kuboku üçün Rumıniyaya yollandılar

Gimnastlarımız Dünya Kuboku üçün Rumıniyaya yollandılar

Bədii gimnastika üzrə milli komandamızın üzvləri Rumıniyada keçiriləcək "Challenge" seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

MediaSport.az xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini Leyli Ağazadə və İlona Zeynalova qoruyacaq.

İyulun 14-də Kluj-Napoka şəhərində start götürəcək birincilik 2 gün davam edəcək.