Almaniyada "Qarabağ" azarkeşləri üçün 1200 bilet satışa çıxarılır

 Almaniyada "Qarabağ" azarkeşləri üçün 1200 bilet satışa çıxarılır

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, 1200 ədəd bilet oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan etibarən “BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq. 

Biletin qiyməti 15 avro təşkil edir.

Matç oktyabrın 26-da Bakı vaxtilə saat 23:00-da başlanacaq.