Mutu Rumıniyaya yollandı

Mutu Rumıniyaya yollandı

Neftçi” bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a qarşı keçirəcəyi oyuna baş məşqçisiz çıxacaq.

Mediasport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı Adrian Mutu texniki zonada yer almayacaq.

Rumıniyalı mütəxəssis anasının ölümü ilə bağlı ölkəsinə yollanıb.

44 yaşlı məşqçinin anası uzunsürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, “Neftçi”–“Qaradağ Lökbatan” oyunu saat 18:00-da start götürəcək.