"Turan Tovuz" Aleks De Souzanın keçidini rəsmiləşdirib
Braziliyalı hücumçu Aleks De Souza Alkantaranın "Turan Tovuz"a keçidi rəsmiləşib.
Premyer Liqa təmsilçisindən Mediasport.az saytına verilən məlumatda 22 yaşlı forvardla 2,5 illik müqavilə bağlanıldığı deyilir.
Braziliyanın köklü klubu “Santos”un yetirməsi olan forvard Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarında da çıxış edib.
Litva çempionatında 62 oyuna çıxan Aleks 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Litva liqasının son mövsümündə 2 qol vurmuş "sambaçl" Tovuz klubunun qış fasiləsində ilk transferidir.