"Şamaxı" onunla da vidalaşdı
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" futbolçusu Samir Məhərrəmli ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Qeyd edək ki, bölgə təmsilçisi daha əvvəl baş məşqçi Ramiz Məmmədov, futbolçulardan Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı və Fuad Bayramovla vidalaşıb.