"Zirə" və "Səbail" 1/4 finala yüksəlib - Azərbaycan Kuboku

"Zirə" və "Səbail" 1/4 finala yüksəlib - Azərbaycan Kuboku

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha iki görüş keçirilib.

Mediasport.az xəbər verir ki, hər iki oyun paytaxtda reallaşıb.

Ddaha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar.

Raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" qarşılaşmaları sabah oynanılacaq.


Azərbaycan Kuboku . 1/8 final


17:00 "Zirə" - "Turan Tovuz" 2:1

Qollar: Filipe Paxtman, 82, Rüstəm Əhmədzadə, 89 - Otto Con, 4.

Baş hakim: İnqilab Məmmədov

Stadion: Zirə İdman Kompleksinin stadionu


14:00 "Səbail" - "Şamaxı" 6:0

Qollar:  Amil Yunanov, 23-pen., 45, Pedro Nuno, 50, Rüfət Abdullazadə, 56, 80, Adi Mehremiç, 90+2.

Baş hakim: Tural Qurbanov 

Stadion: ASCO Arena