"Şamaxı"nın qış planı
Premyer Liqada XVIII turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan "Şamaxı" yanvarın 3-də Bakıda bir araya gələcək.
mediasport.az xəbər verir ki, bölgə klubu hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün "Kamelya Selin" otelində məskunlaşacaq.
Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək.
Yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" son oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək.