Hakimə təzyiq göstərdi, AFFA cəzalandırdı - 2-ci Liqanın "ilk"ləri
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Premyer Liqa və Əvəzedicilərlə yanaşı, yeni start götürmüş 2-ci Liqanda da qeydə alınmış qayda pozuntuları ilə bağlı qəbul edilib:
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Füzuli” – “Cəbrayıl” oyununda “Füzuli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” komandası 70 manat cərimə edilir (maddə 37);
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Füzuli” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Baku Sportinq” – “Şəfa” oyununda “Şəfa” klubunun baş məşqçisi Tural Rzayev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına, bundan sonra hakimə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanır, “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 44.5);
04.09.2023-cü il tarixində II Liqanın I turunun “Ağdaş” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun futbolçusu Salman Atluxanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5).