Şəhriyar Rəhimovun xanımından ürək parçalayan VİDA paylaşımı...
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vəfatı hər kəsi sarsıtdı.
Uzun sürən xəstəlikdən sonra 34 yaşında dünyasını dəyişən keçmiş futbolçunun ölümündən ən çox təsirlənən, təbii ki, ailə üzvləridir.
Şəhriyarın xanımı Suğra Rəhimovanın sosial şəbəkə hesabında birlikdə şəkillərini palaşaraq yazdığı ürək dağlayan vida sözləri diqqəti çəkib:
"Mənim sevgim, gücüm, istisnasız hər şeydə dəstəyim. Bu həyatı yaşamaq üçün ikinci şansım olsaydı, yenə səninlə bu yolu gedərdim.
Amma yandırdın, kül etdin məni..."