"Siz murdar və biabırçı insansınız - Axmaq, mənim adımı ağzına alma!"
"Napoli"nin hücumçusu Viktor Osimhen komanda yoldaşı Xviça Kvaratsxeliyanın agentinin onun yayda Səudiyyə Ərəbistanına gedəcəyinə dair fikrinə sərt şəkildə münasibət bildirib.
Mediasport.az xəbər verir ki, nigeriyalı forvard gürcüstanlı agenti təhqir edib:
"Hörmətli Mamuka Jugeli, siz murdar və biabırçı insansınız. Bu cür düşüncə tərzinə sahib olduğunuz üçün sizin yerinizə utanıram. Axmaq, mənim adımı ağzına alma!"
Xatırladaq ki, Osimhenin Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, cari mövsüm "Napoli"nin heyətində bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.