"Beşiktaş"da radikal dəyişikliklər edilib: 5 əsas futbolçu göndərilib
Türkiyənin "Beşiktaş" klubunun heyətində radikal dəyişikliklər edilib.
Mediasport.az xəbər verir ki, İstanbul təmsilçisi 5 futbolçunu əsas komandadan kənarlaşdırıb.
Vensan Abubakar, Valentin Rozye, Erik Bayi, Raşid Gezzal və Yan Onana heyətdən uzaqlaşdırılıb.
Bu futbolçuların performansı rəhbərliyi sərt addımlar atmaq məcburiyyətində qoyub.