Joze Mourinyonu qovan "Roma"nı De Rossi çalışdıracaq - RƏSMİ

Joze Mourinyonu qovan "Roma"nı De Rossi çalışdıracaq - RƏSMİ

Bu gün Joze Mourinyonu istefaya göndərən "Roma"nın yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "canavarlar"ı klubun sabiq üzvü Daniele De Rossi çalışdıracaq.

40 yaşlı veteran mütəxəssislə mövsümün sonunadək - iyunun 30-dək müqavilə bağlanıb.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi 18 il (2001-2019) paytaxt klubunun heyətində çıxış edib.

"Roma" cari mövsüm İtaliya A Seriyasında 20 oyundan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb və lider "İnter"dən 22 xal geri qalır.