Sona Ağayevadan Portuqaliyada Dünya Kubokunda gümüş medal

Sona Ağayevadan Portuqaliyada Dünya Kubokunda gümüş medal

Azərbaycan millisinin bocciaçısı Sona Ağayeva Portuqaliyanın Varzim şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, idmançımız yarışda gümüş medal qazanıb.

BC2 kateqoriyasında mübarizə aparan Ağayeva qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə əldə edib.

Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran milli üzvü yalnız finalda portuqaliyalı rəqibinə uduzaraq ikinci yeri tutub.