Azərbaycan komandası BRİCS Oyunlarında 34 medalla 7-ci oldu

 Azərbaycan komandası BRİCS Oyunlarında 34 medalla 7-ci oldu

Tatarıstanın paytaxtı Kazan şəhərində "BRİCS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları başa çatdırılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışlarda 34 medal qazanıblar.

Medallardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürünc olub. Azərbaycan medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

Oyunların son günündə boksçularımızdan Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (48 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət komandamız bürünc medal əldə edib.

Cüdoçularımız Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc medala sahib olublar.