“Sabah” FİBA Avropa Kuboku üçün iştirak ərizəsini açıqlayıb - SİYAHI

“Sabah” FİBA Avropa Kuboku üçün iştirak ərizəsini açıqlayıb - SİYAHI

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun 2023/2024-cü illər mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların iştirak ərizəsini açıqlayıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Boban Mitev 12 oyunçunun xidmətindən yararlanacaq.

Heyətdə Fuad Niftullayev, Endar Poladxanlı, Şirzad Şirzadov, Rüstəm Əliyev, Əlikamran Məmmədov, Pavle Marçinkoviç, Kivon Tirek Devenport, Maykl Deyvid Holton, Artyoms Butyankovs, Korin Darius Henri, Desmond Ronald Kembric və Donovan Smit yer alıblar.

A qrupunda yer alan Azərbaycan çempionu oktyabrın 2-də “Donar” (Qroningen, Niderland), 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid” (Buxarest, Rumıniya) komandaları ilə üz-üzə gələcək.